Daha sonra şirkətin qadınların sahibkarlıq imkanlarının arıtırlmasına yönələn layihələrə dəstəyindən danışan Baş direktor qadınların inkişafının həm cəmiyyətin, həm də iqtisadiyyatın inkişafına təkan olduğunu bildirib:
“Azərbaycanda 30 ildən çoxdur ki fəaliyyət göstəririk. Bu müddət ərzində qadınların sahibkarlıq bacarıqlarının inkişafına yönələn çoxsaylı layihələrə dəstək olmuşuq. O cümlədən, qadın jurnalistlərimiz də həmin layihələrin işıqlanıdırılmasında və daha çox insana çatmasında bizə dəstək olublar. İnanıram ki, bundan sonra da qadınların inkişafına yönələn layihələrə dəstəyi ilə “Coca-Cola”nın adına mediada tez-tez rast gələcəyik”.
Görüşdə şirkət nümayəndələri “Coca-Cola Azərbaycan”da qadınların rolu və yaradılan karyera imkanları barədə də məlumat veriblər. Diqqətə çatdırılıb ki, 2023-cü ildən başlayaraq şirkət bütün əməkdaşlar üçün ədalətli və bərabər ödəniş siyasətini qoruduğuna görə nüfuzlu “Bərabər Əmək Haqqı Sertifikatı” ilə təltif olunub.
Görüşdə “Coca-Cola Azərbaycan”ın dəstəyi ilə həyata keçirilən “AIM-W” layihəsinin iştirakçısı Nərmin Məmmədli layihə çərçivəsində qazandığı bilik və bacarıqlarla öz brendi “Selin Cosmetics”i yaratması ilə əlaqədar uğur hekayəsini təqdim edib.
Qeyd edək ki, bu günə qədər "Coca-Cola Azərbaycan" şirkət Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi, BMT-nin İnkişaf Proqramı, Gənclər və İdman Nazirliyi, ASAN Könüllüləri təşkilatı kimi tərəfdaşlarla uğurlu əməkdaşlıq edirək 5000-dən çox qadının iqtisadi fəallığının artırılmasına nail olub.
“Coca-Cola” məhsullarını 200-dən çox ölkədə satan qlobal içki şirkətidir və məqsədi dünya istehlakçılarını təravətləndirmək və fərqlilik yaratmaqdır. Şirkət Azərbaycandakı fəaliyyətinə 1994-cü ildə Türkiyənin Anadolu Qrupuna daxil olan və 12 ölkədə 36 istehsal müəssisəsi ilə fəaliyyət göstərən beynəlxalq içki istehsalı şirkəti “Coca-Cola İçecek”in tərkib hissəsi olaraq “Azerbaijan Coca-Cola Bottlers”ın yaradılması ilə başlayıb. Şirkət sosial və KSM layihələrinə 3 milyon dollardan çox sərmayə yatırıb.



AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


